Tuesday, 16th October 2018
16 Oktyabr 2018

Moskvada imamların mövludu günü qeyd olunub -VİDEO

Moskvada İmam Hüseynin, İmam Zeynəlabdinlə yanaşı bu günlərə tasadüf edən İmam Əli (ə) oğlu, İmam Hüseynin (ə) qardaşı həzrəti Əbəlfəz Abbasın da mövludu günü qeyd olunub.

“Əhli Beyt” cəmiyyəti tərəfindən təşkil edilən, Moskva İslam Mədəniyyət mərkəzində baş tutan bayram şənliyinin soydaşlarımız birgə qeyd ediblər.

Müqəddəs Qurani-Kərimin səslənməsi ilə başlayan məclis nitiqlərlə davam edib.

Tədbirdə çixiş edən Moskva “Əhli Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov möminləri salamlayıb və İmamlar haqqında tədbir iştirakçılarına məlumat verib. Çıxışının əsas mahiyyətini, vurğunu isə Nizami Baloğlanov məsumlara xatir Allah Təlanın işğal olunmuş torpaqlarımızın, Qarabağın azad olunması olunmasında Azərbaycan xalqına yardım etməsi ilə bağlayıb.

Digər natiqlərdə çıxışlarında islam dünyasının bu görkəmli şəxsiyyətləri haaqında danışıblar, onların həyat yoluna nəzər salıb, islama olan töhvələrini dilə gətirdilər. Qeyd olunub ki, Şaban ayı İslam dünyası üçün xüsusi əhəmiyyət malikdir, belə ki bu ayda islam dünyasında itgi yoxdur yalniz qazanc və mövludlar vardır.

İlahiyatçı Yusif Hüseynov həm də İmam Hüseynin dini yaşadan bir varlıq olduğunu vurğulayaraq tək İslam dininin deyiyil bütün dinlərin yaşaması üçün inqilab etdiyini və mübarizə apardığını bildirib.

Tədbirin bədii hissəsində isə İmam Hüseyni, İmam Zeynəlabdini, Həzrəti Əbülfəzl Abbası mədhiyyə edən şerlər səslənib.

300 yaxın mömin toplaşdığı bayram məclisində qonaqlarda öz fikirlərini, imamlara olan məhəbbətlərini qeyd ediblər.

Mərasim bayram namazi ilə sona yetib.

Share this article

img1