Thursday, 16th August 2018
16 Avqust 2018

Moskvada Həzrəti Mehdinin (ə) doğum günü qeyd olunub – VIDEO

Moskvada İnam” məscidində müsəlmanların 12-ci imamı İmam Mehdi (ə) mövludu günü təntənəli şəkildə qeyd olunub.

Mərasimdə çıxış edən məscidin axundu Mahir Həziyev İmam Mehdinin (ə) gəlişi və dünyanı ədalətlə idarə edəcəyi heç bir müsəlman təriqətində mübahisə yaratmadığını qeyd edərək mübahisə yalnız dünyanın xilaskarının nə zaman, nə vaxt Allahın iznilə yer üzərinə zühür etməsində olduğunu qeyd edib.

Bayram tədbirində çıxış edən Ayətullah üzma Xamenei Azərbaycandakı nümayəndəsi Ocaq Nejad Bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. İmamın islam dünyasında tutduğu mövqeyindən danışıb Bayram şənliyində Azərbaycan xalqının dərdli yeri Qarabağ probleminə də toxunulub.

Tədbir tanınmış Əhli-Beyt şairi Elşən Xəzərin iştirakı ilə davam etdirilib.

Share this article

img1