Monday, 16th July 2018
16 İyul 2018

Moskvada soydaşlarimiz Ramazan bayramini qeyd edib – VIDEO

Rusiya Federasiyasında artıq iki gündür Müqəddəs ramazna bayramı qeyd olunmaqdadır. Paytaxt Moskvanın bütün məscidlərində bayram namazı qılınıb.

Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən soydaşlarımızda qloballaşan Rusiya cəmiyyətinin bir hissəsi kimi islam dünyasının Müqəddəs bayramını Qeyd ediblər. Səhər saatlarında Paytaxtın “İnam” məscidinə toplaşan soydaşlarımız ilk öncə Qurani-Kərimi dinləyiblər.

Məclis müqəddəs Ramazan byaramında müsəlmanların əllərini ucə rəbbimizə uzadıb dualar etmələri ilə davam etdirilib. İki rükətli Bayram namazı qılınıb.

Bayram nazmaından sonra çıxış edən “İnam” məscidinin axundu Mahir Həziyev Ramazn bayarmında dünya müsəlmanlarına əmin amanlıq arzu edib. Axund, həmçini,  Ramazan Bayramının, ramazan ayının gözəlliklərindən danışaraq bu ayın möminlərə xeyrini və bərəkətini vurğulayıb. Fitir bayramının mömin üçün xeyrini və vacibliyini qeyd edib.

Bayram möminlərin görüşməsi və halallaşması ilə başa çatıb. Bunulada İslam dünyasının ən böyük bayramlarından sayılan Bağışlanan ayı, Ramazan ayını arxada qoyduq. Bizdə İnteraz telekanalı adından bütün dünya müsəlmanlarını müqəddəs Ramazan ayının bitməsi, Fitir bayramı münasibəti ilə təbrik edirik, hər kəsin tutduğu orucların ve qıldığı namazların uca rəbbimiz  tərəfindən qəbul olunmasını arzu edirik. Bir daha bayramınız mübarək olsun eziz müsəlmanlar.

Share this article

img1