Thursday, 16th August 2018
16 Avqust 2018

Akademik Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib -VİDEO

Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilib.

Azərbaycanla yanaşı, 117 ölkə təmsil olunub.

Görüşdə ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edib.

Görüş çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın fəxri ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim etdi. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 9-cu təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin görüşündə isə “Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib.

Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə “ikili standartlar” siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Share this article

img1