Saturday, 26th May 2018
26 May 2018

Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib

Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb.

Aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.

O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.

 Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.

Share this article

img1