Tuesday, 16th October 2018
16 Oktyabr 2018

İsrail İranı müharibəyə təhrik edir – Ərdoğan

İsrail İranı müharibəyə təhrik edir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “BBC”yə müsahibəsində bildirib.

İsrailin Suriya ərazilərinə hava zərbələrini şərh edən Ərdoğan bildirib ki, Yaxın Şərqi çox ciddi problemlər gözləyir. Onun sözlərinə görə, region yeni hərbi münaqişələrin bir addımlığındadır.

“İsrailin Suriyaya aviazərbələri “İran hərbçilərinin atəş açmasına cavab” bəhanəsi ilə endirilib. Ancaq rəsmi Tehran Təl-Əvivin bu iddiasını  qəbul etmir.

İsrailin Suriya torpaqlarına raket atması, müharibəyə təhrik deməkdir”, deyə o bildirib.

Share this article

img1