Saturday, 26th May 2018
26 May 2018

Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə aksiya keçirirlər, ölənlər var

Qüdsdə ABŞ səfirliyinin açılmasının əleyhinə etiraz aksiyaları davam edir.

Aksiyalar Qəzza zolağı ilə sərhəddə keçirilir.

İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma nəticəsində 22 fələstinlinin xəsarət aldığı bildirilir.

Türkiyə mətbuatı qarşıdurmalar zamanı 2 fələstinlinin öldüyünü yazır.

Qeyd edək ki, ABŞ dövlət başçısı Donald Trampın 6 dekabr 2017-ci il tarixli qərarına əsasən bu gün ABŞ-ın İsraildəki səfirliyi Yerusəlimə (Qüds) köçürüləcək. Səfirliyin açılışında Trampın kürəkəni və müşaviri Cared Kuşner və xanımı İvanka Tramp, habelə İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu iştirak edəcəklər.

Share this article

img1