Thursday, 16th August 2018
16 Avqust 2018

Rusiya XİN: Yerusəlim Fələstin və İsrailin paytaxtı olmalıdır

“Rusiyanın Yerusəlimin statusu ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Yerusəlim iki müstəqil dövlətin – Fələstin və İsrailin paytaxtı olmalıdır”.

“Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin – Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Share this article

img1