Thursday, 16th August 2018
16 Avqust 2018

Daha bir ölkə Qüdsdə səfirlik açıb

Qvatemala  Qüdsdə səfirlik açıb. ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və Qvatemala prezidenti Cimmi Morales iştirak ediblər.

Mərasimdə çıxış edən Netanyahu bildirib ki, Qvatemala 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkədir.

 

Share this article

img1