Friday, 21st September 2018
21 Sentyabr 2018

Moldovada NATO-nun ofisi bağlanacaq

Moldovada NATO-nun Kişinyovdakı ofisi bağlana bilər.

Bu ölkədə keçiriləcək parlament seçkilərindən sonra baş tuta bilər.

Bu barədə “İzvestiya” qəzetinə ölkə prezidenti İqor Dodon məlumat verib.

Onun sözlərinə görə, Kişinyova hər hansı hərbi blokun üzvü olmaq maraqlı deyil və bunu ölkə vətəndaşlarının əksəriyyəti dəstəkləyir.

“Moldova Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır və öz maraqlarını əsas tutaraq, bütün tərəflərlə dostluq etməlidir”, deyə o bildirib.

Share this article

img1