Monday, 16th July 2018
16 İyul 2018

ABŞ və Şimali Koreya liderləri yekun sənəd imzalayıblar

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Sinqapurda keçirdikləri görüşün yekunu üzrə sənəd imzalayıblar.

ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: “Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.

K.Ç.In yekun sənədin imzalanmasını “yeni start” adlandırıb.

Share this article

img1