Wednesday, 17th October 2018
17 Oktyabr 2018

Quran və orucla gələn bərəkət, şükür duyğusunu artırır – Ramazan ayının 25-ci gününün duası

Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da artırır. Bir quru çörəklə bu isti günlərdə bir az suyun qiymətini daha yaxşı dərk edirik. “Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun” deyir, aclığımızı, əslində, şükürdə nə qədər geri qaldığımızı dərk edirik.

Bu gün Ramazan ayının 25-ci günüdür.

Bu günün duası belədir:

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”.

Tərcüməsi:

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”.

Share this article

img1