Thursday, 16th August 2018
16 Avqust 2018

Orucluq hər evə ayrı bir sevinc gətirir – Ramazan ayının 26-cı gününün duası

İstifadə edə bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır. Allaha qulluğun mənasını bütünlüklə öyrədən və duyğuları ucaldan Ramazan hər evə ayrı bir sevinc gətirir.

Bu  gün mübarək Ramazan ayının 26-cı günüdür.

Bu günün duası belədir:

“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!

Share this article

img1