Tuesday, 21st August 2018
21 Avqust 2018

İnsan gərək bu günlərdən çox bəhrələnsin – Ramazanın 27-ci gününün duası

Qədr gecəsinin Ramazanın 27-ci gecəsinə təsadüf etməsi ehtimalı da var. Ramazanın son günlərində belə bir günün mövcud olması mənəvi saflıq və tövbə üçün daha bir fürsətdir. Bu fürsəti Allah yalnız şövqlü insanlara qismət edir.

Bu gün mübarək Ramazan ayının 27-cı günüdür. Artıq ramazanın sonuna 3 gün qalıb. İyirmi yeddinci günün Qədr gecəsinə təsadüf etməsi də ehtimal edilir. Ramazanın sonlarına çatdıqca müsəlmanın mənəvi saflığı üçün fürsətlər də azalır. Bu mübarək ayın mənəvi nemətlərindən qidalanan yalnız qədirbilənlər və şövqlü insanlardır.

Bu günün münacatında möminlərə tövsiyə edilir ki, Qədr gecələrindən ən yüksək həddə bəhrələnsinlər:

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”.

Share this article

img1