Tuesday, 21st August 2018
21 Avqust 2018

Möminin isməti Kəbə evi qədər hörmətli və toxunulmazdır – Ramazanın 29-cu gününün duas

Müsəlman öz ismətinin toxunulmaz qalmasını istəyirsə, digərləri ilə münasibətdə də buna riayət etməlidir.

Bu gün mübarək Ramazan ayının 29-cu günüdür.

Bu günün münacatında hər bir müsəlmana tövsiyə edilir ki, Allahdan öz ismətinin qorunub saxlanılmasında yardım diləsin. Müsəlmana Allah qarşısında ibadətlər yerinə yetirmək əmr olunduğu kimi, onun insanlar qarşısında da vacib olan əməlləri var.

Bu vacib əməllərdən biri bir kəsə töhmət verilərkən və ya onun haqqında qeybət edilərkən buna qulaq asmamaq, etiraz etmək və bu barədə ətrafda danışmamaqdır. Hədislərdə deyilir ki, bir möminin isməti, cəmiyyətdəki ad-sanı Kəbə evinin əzəməti qədər toxunulmazdır.

Ramazan ayının 29-cu gününün duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin.”

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə müvəffəqiyyət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”.

Share this article

img1