Tuesday, 21st August 2018
21 Avqust 2018

Las-Veqas şəhərinin meri ADR-in 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğuna ünvanlanmış bəyannamədə Las-Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.

Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanıb.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las-Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las-Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

Share this article

img1