Wednesday, 17th October 2018
17 Oktyabr 2018

Fazil Mustafa: Nurçuluğun izi ilə

 

Gəlin, bir az keçmişə nəzər salaq…

Fazil Qəzənfəroğlunu Azərbaycanda nurçuların adamı kimi adlandırılması heç kəsə qəribə gəlməsin. Onun nurçuluqdan əlavə, 1998-ci ildə Türkiyədən Azərbaycana gəldiyi vaxtdan özünün etiraf etdiyi kimi, təriqət tərəfdaGülənin imamı Fazil Mustafa bu gün ondan imtina edir - Faktrı olması, 2006-cı ildən nurçu adlandırılması hər kəsə məlumdur.

Hazırda yazdıqlarımızı Qəzənfəroğlunun mətbuata illər öncə dediklərinə söykənib yazırıq. Hətta Fazil Qəzənfəroğluna ictimaiyyət arasında “imam,axund,molla” adlandırılmasının tarixçəsi var. Beləliklə, təkcə nurçu adlandırılmaqla qanelənməyən deputat Qəzənfəroğlu, Türkiyədən Azərbaycana gəldikdən illər sonra özünü İslamda hənəfi adlanan təriqət prinsiplərinə sadiq və o dini qəbul edən bir dindar olduğunu bildirmişdir. Maraqlı məqamlardan biri də, Fazil bəy Türkiyəyə gedib gəldikdən sonra dini təriqətlərə qulluq etdiyini bildirdi. Doğrusu du budur ki, Türkiyəyə mühacirətə getməyə məcbur qalana qədər onun heç bir təriqətlə, heç bir dinlə maraqlanmadığı hər kəs yaxşı bilir.

Fazil Qəzənfəroğlu 2013-cü ildə Azərbaycanda FETÖ(Fətullah Gülən Terror Örgütü)-ya qarşı keçirilən əməliyyatlar zamanı açıq şəkildə nurçuların “vəkili” qismində mətbuatda çıxışlar etməyə başladı.
Fərz edək ki, Fazil bəy nurçu deyil, onun haqqında zaman-zaman bununla bağlı cəfəngiyyat yazılar yazılırdı və s. Maraqlıdır, nə oldu ki, sonradan özünü tuta bilməyib nurçuaları müdafiə etməyə qalxdı? Əvvəldə qeyd etdiyimizi kimi faktlara və sübuta söykənərək yazırıq. Axı o deyir mən nurç1471367408_1471362155_imageu deyiləm? Həqiqətənmi dediyi kimidir?

2013-cü ildə Qəzənfəroğlu çəkinmədən mətbuat vasitəsilə nurçuları tənqid edənləri şərəfsiz adlandırdı. Azərbaycanda Gülənlə bağlı olan məktəblərin belə müdafiəsinə qalxdı.

Artıq şər və böhtan adlandırdığımız yazılar həqiqətə çevrilməyə başladı. Torbanın içində nə olduğu artıq məlum oldu. Yəqin ki, indi Fazil bəyin bu gün “vallah nurçu deyiləm” mənasında yazdığı statuslar, 3 il öncə isə nurçuları tənqid edənləri “şərəfsiz” adlandırması arasında baş verən dəyişiklik dəqiq anlaşılır. Yəqin ki, artıq gizli qalan məqamlar sizə aydın oldu.

Fazil bəy nurçuda ola bilər, İslamın müxtəlif təriqətlərini də qəbul edə bilər və s. Bu məsələlərə heç kəs qarışa bilməz. Öz şəxsi işidir. Ancaq o Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Xalqın seçdiyi millət vəkilidir. O ilk öncə öz üzərinə düşən millət vəkili statusunu yerinə yetirməlidir. Sonra hansı təriqətin, hansı millətin vəkili qismində çıxış edir etsin. Heç olmasa nurçuları dəstəklədiyini, əlaqəsi olduğunu da etiraf etsin. Axı illər öncə yazdıqları ilə bu gün yazdıqları üst-üstə düşmür.

Share this article

img1