Wednesday, 20th June 2018
20 İyun 2018

“Qalatasaray” Türkiyə çempionu olub

Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub.

Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.

Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.
 Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.

“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.

Share this article

img1